mobil versiya

Nova-C planetlərarası stansiyası bu gün Aya doğru start götürüb



Texasın “Intuitive Machines” şirkətinin Nova-C planetlərarası stansiyası bu gün Aya doğru start götürüb.
NASA-nın yaydığı məlumata görə, stansiya fevralın 22-də Ayın səthinə enəcək.
Nova-C (IM-1) modulunun buraxılışı SpaceX kompaniyasının “Falcon 9” raket daşıyıcısı ilə gecə saatlarında Florida ştatının Kanaveral burnunda yerləşən Kennedi Kosmik Mərkəzinin start meydançasında həyata keçirilib. Aparat təxminən 48 dəqiqə sonra raketin ikinci pilləsindən ayrılaraq Aya uçuş orbitinə çıxıb.
Aya eniş fevralın 22-də Yerin təbii peykinin cənub qütbündən 300 kilometr aralıda yerləşən Malapert A krateri ərazisində gözlənilir. Stansiyanın Ayda 14 gün işləməsi nəzərdə tutulur.
Dəyəri 118 milyon dollar olaraq qiymətləndirilən missiya NASA-nın “Intuitive Machines” kompaniyası ilə müqaviləsi çərçivəsində Aya kommersiya yükləri daşınması proqramı üzrə həyata keçirilir.


KARUSEL / DÜNYA
Tarix: 15-02-2024, 13:21