mobil versiya

Bakıda bu yollarda sıxlıq var - SİYAHI




Bu gün səhər saatlarından başlayaraq Bakıda və ətraf yollarda avtomobil sıxlığı müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, tıxac bu yollarda yaranıb:

Bakı-Sumqayıt şosesi - Xırdalan dairəsindən istiqamətindən başlayaraq 20 Yanvar dairəsi istiqaməti;

Binəqədi şosesi - əsasən Biləcəri–Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində;

Babək prospekti - Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində;

Qara Qarayev prospekti - Koroğlu metro stansiyası istiqamətində;

Zabrat şosesi - Zabrat dairəsi istiqamətindən əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra Heydər Əliyev prospekti istiqamətində;

Mikayıl Əliyev küçəsi - Heydər Əliyev prospekti – köməkçi yol istiqamətində;

Yavər Əliyev küçəsi – Aeroport şosesinə çıxan yol;

Həsən bəy Zərdabi prospekti - 20 Yanvar dairəsinə düşən hissəsi.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 12-07-2021, 11:12