mobil versiya

Gəncədə ağır qəza baş verdi, ölən var - VİDEO




Gəncə şəhərində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun Gəncə şəhərindən keçən hissəsində baş verib.

"Hyundai" markalı maşınla "Oka" markalı minik maşını toqquşub. İlkin məlumata görə, qəza zamanı "Oka" markalı avtomobildə olan bir nəfər dünyasını dəyişib.

Digər avtomobilin sürücüsü isə xəsarət alıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib və vəziyyəti orta ağırdır.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib, qəzanın təfərrüatları dəqiqləşdirilir.


SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 11-11-2021, 10:34