mobil versiya

Güney Azərbaycandakı zəlzələdə yaralananların sayı 500-ü keçib - FOTO


Dünən gecə saatlarında Şüney Azərbaycanda baş verən güclü zəlzələdən yaralananların sayı 529-a çatıb. 

BAKU.WS-in məlumatına görə, Şərqi Azərbaycan bölgəsinin fövqladə hallarla mübarizə və tibbi xidmət mərkəzinin rəhbəri Fərzad Rəhman bildirib ki, yaralılardan 31-i xəstəxanaya yerləşdirib, qalanları isə ambulator müalicədən sonra evə buraxılıb. 

Xatırladaq ki, noyabrın 8-də Şərqi Azərbaycanda 5.9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Təbrizdən 118 kilometr şərqdə yerin 2 km dərinliyində qeydə alınıb.


SON XƏBƏR / KARUSEL / DÜNYA
Baxılıb: 14 Tarix: 9-11-2019, 15:40


Şərh bildir
yenilə, əgər kod görünmürsə