mobil versiya

Çindən Türkiyəyə təyyarə reysləri dayandırılır




Türkiyənin səhiyyə naziri Fahrettin Koca mətbuat konfransı keçirib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, nazir Uzaq Şərqdən gələn təyyarələrdə termal kameranın tətbiq ediləcəyini söyləyib.

“Hazırda ölkəmizdə koronavirus hadisəsi qeydə alınmayıb. Fevralın 5-dən sonra Çindən Türkiyəyə təyyarə reysləri dayandırılacaq. Bu qərar fevralın sonuna qədər qüvvədə olacaq”, - Fahrettin Koca söyləyib.

“Bundan əlavə, 61 nəfərdən alınmış nümunələrin nəticələri də məlumdur. Onların heç birində koronavirus aşkar edilməyib”, - nazir əlavə edib.
Xatırladaq ki, dünyada koronavirusa yoluxanların sayı 17 min nəfəri, ölənlərin sayı isə 521-i ötüb.

SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 3-02-2020, 16:00