mobil versiya

Tanınmış müğənninin oğlu: "Anam çox əsəbidir, hirslənəndə kimisə vurmalıdır" - VİDEO



"Anam çox əsəbidir. Hirslənərsə, kimisə vurmalıdır ya da stəkanı divara çırpıb sındırmalıdır. Əsəbini bir yerdən çıxarmalıdır". Bu sözləri tanınmış müğənni Zenfira İbrahimovanın oğlu deyib.

REPORTYOR.AZ xəbər verir ki, ifaçının oğlu İbrahim ARB-nin "Ona qalsa" proqramında anası haqqında danışıb. O, karantin günlərində anasının evdə çox qalmasından gileylənib:

"Anam evdə oturmağı sevmir. Biz kinoya baxırıqsa, gəlib muğam oxuyub mane olur. Toylar başlasaydı, çıxıb gedərdi. Anam məni tez yatırtmaq istəyir ki, rejimim pozulmasın, mən isə tez yatmağı sevmirəm. Amma atam qəlbimi qırmaq istəmir. Atamın bədəninə baxmayın, pişik kimi insandır".



SON XƏBƏR / KARUSEL
Tarix: 18-05-2020, 11:00