Azərbaycanla ticarət əlaqələrini dəstəkləyən Hindistanın əczaçılıq imkanları Bakıda nümayiş etdirilib

18 dekabr 2023-cü il tarixində Hindistanın Bakıdakı Səfirliyi Hindistan əczaçılıq sənayesinin imkanlarını və potensialını, dərman və peyvəndlərə qlobal tələbatın ödənilməsində mühüm rolunu vurğulamaq məqsədi ilə önəmli işgüzar görüş keçirdi. Bu tədbir Azərbaycanın əczaçılıq sektorunun əsas idxalçılarını və distribyutorlarını cəlb etməklə ikitərəfli ticarət əlaqələrində əlamətdar məqam oldu.
Hindistanın Azərbaycandakı səfiri Şridharan Madhusudhanan açılış nitqində Hindistan dərmanlarının keyfiyyətini və münasib qiymətə malik olduğunu vurğulayaraq, Hindistanı “dünya üçün əczaxana” adlandırdı. Səfir Azərbaycan idxalçılarını Hindistan əczaçılıq məhsullarının tədarükünü artırmağa çağıraraq, Azərbaycanda keyfiyyətə xələl gətirmədən səhiyyə xərclərinin azaldılmasının faydalarını vurğuladı.
Səfirliyin müşaviri cənab Sanjay Jain Hindistan Əczaçılıq Sənayesi haqqında geniş icmalı təqdim etdi. O, iştirakçıların nəzərinə çatdırdı ki, generik dərmanların qlobal tədarükünün 20%-i Hindistanın payına düşür və Hindistan generic dərmanları 200-dən çox ölkəyə ixrac edir. O, Hindistanda, 10500-dən çox Aİ-GMP stanadartlarına cavab verən istehsal müəssisəsi şəbəkəsinə malik 3,000-dən çox dərman şirkətinin fəaliyyət göstərdiyini nəzərə çatdırdı. Hindistanda 60 terapevtik kateqoriya üzrə təxminən 60000 generik dərman markası istehsal olunur.

O, biologiya, yeni dərmanların inkişafı və innovasiyaları daxil etmək üçün üfüqlərini genişləndirmək istəyərkən, sənayenin bio-oxşarlara, kompleks generic dərmanlara və dəqiq tibbə doğru strateji keçidini vurğuladı.
COVID-19 pandemiyasının və peyvəndlərin aktuallığını nəzərə alaraq auditoriyaya məlumat verildi ki, Hindistan qlobal peyvənd istehsalının 60%-nə malikdir və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qızılca peyvəndinə olan tələbatının 90%-ni, ÜST-ün DPT (difteriya, tetanoz və göyöskürək) və BCG peyvəndlərinə tələbatının isə 40%-70%-ni ödəyir. ABŞ-FDA tərəfindən təsdiqlənmiş Hindistanın Anti-RetroViralS (ARV) preparatı ABŞ Prezidentinin QİÇS-lə Mübarizə üzrə Fövqəladə Planı (PEPFAR) üçün ARV-lərin 90%-dən çoxuna qənaət etməyə imkan verdi. Bundan əlavə, ÜST əvvəlcədən təyin edilmiş Aktiv Əczaçılıq Tərkiblərinin (API) 90%-i Hindistandan alınır.

KARUSEL / CƏMİYYƏT
Tarix: 22-12-2023, 16:03