Respublika Velodromunda ictimaiyyətə açıq yoqa sessiyası təşkil edilib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda yerləşən Respublika Velodromunda ictimaiyyət üçün açıq Yoqa sessiyası təşkil edib və 200-ə yaxın yoqa həvəskarlarını və peşəkarlarını bir araya gətirib.
Tədbirin mötəbər iştirakçıları sırasında Hindistanın Azərbaycandakı Səfiri Sridharan Madhusudhanan, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirinin müşaviri Əlibaba Əliyev, Respublika Velodromunun Direktoru Tamerlan Salahov, eləcə də Azərbaycan Velosiped Federasiyasının rəsmi şəxsləri və yoqa klubunun üzvləri yer alıblar.

Yoqa seansına tanınmış yoqa təlimatçısı Elçin Quliyev rəhbərlik edib. Onun apardığı yoqa seansı bütün iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Tədbirə mədəni çalar qatmaq üçün Solmaz xanım Əsgərova yoqa seansından sonra füsunkar Hindistan və Azərbaycan rəqslərini ifa edib. Bütün iştirakçılara dadlı hind qəlyanaltıları təqdim olunub.


KARUSEL / CƏMİYYƏT
Tarix: 2-06-2023, 16:51