mobil versiya

Səfirlikdə müntəzəm yoqa dərslərinin rəsmi açılışmərasimi keçirilib


 Hindistanın Bakıdakı Səfirliyində müntəzəm yoqa dərslərininrəsmi açılış mərasimi baş tutub. Tədbir yoqa ilə məşğulolanları və yoqa həvəskarlarını, sağlam həyat tərzinintərəfdarlarını və Hindistan mədəniyyətini sevənləri bir arayagətirib.
İlk sessiya yoqa təcrübəsindən asılı olmayaraq istənilən şəxsəyoqanı öyrətməkdə geniş biliyə və təcrübəyə malik olantanınmış yoqa müəllimi Kənan Məmmədov tərəfindənaparılıb.
Tədbirin açılışında Hindistanın Azərbaycandakı müvəqqətiişlər vəkili Vinay Kumar iştirakçıları salamlayıb və qeyd edibki, Səfirlik əvvəllər 21 İyun – Beynəlxalq Yoqa Günü iləəlaqədar yalnız iyun ayı ərzində əsas yoqa sessiyalarınıkeçirdisə, bundan sonra yoqa dərsləri hər çərşənbə axşamı vəcümə günləri Səfirlikdə müntəzəm olaraq keçiriləcək. Sağlamhəyat tərzi və rifahın yaxşılaşdırılması üçün yoqanınəhəmiyyətini xatırladan müvəqqəti işlər vəkili iştirakçılardanqarşıdan gələn ödənişsiz yoqa dərslərində də iştirak etməyixahiş edib. O, həmçinin Kənan Məmmədova öz təşəkkürünübildirib və yoqa seansının faydalı və məhsuldar keçməsiniarzulayıb.
Qeyd edək ki, Hindistan Səfirliyi hər çərşənbə axşamı saat18:00-dan 19:00-dək və hər cümə günü səhər saat 09:00-dan 10:00-a kimi ödənişsiz müntəzəm yoqa dərsləri keçirəcək.
Yoqa dərslərinə qoşulmaq istəyən hər kə[email protected] elektron poçt ünvanına yazmaqlaqeydiyyatdan keçə bilər. Yerlərin sayı məhdud olduğuna görəiştirakçılar “ilk gələnə ilk xidmət” prinsipi ilə qəbulolunacaqlar.

CƏMİYYƏT
Tarix: 2-11-2022, 16:50