mobil versiya

Qum fırtınası haqqında bilmədiklərimiz


Qum fırtınaları, küləyin sürətinin qumu yer səthindən qaldıracaq səviyyəyə çatdığı zaman baş verən təbii hadisələrdir. Küləyin sürəti ən azı 40 kilometr saat olur.
Sosial və xarici mediaya istinadla mövzu ilə bağlı kiçik araşdırmanı təqdim edir.
Qum fırtınalarının hərəkət istiqaməti küləyin istiqamətindən asılı olaraq dəyişir. İqlimi quraq olan bölgələrdə, məsələn, Ərəbistan yarımadası, Böyük Səhra, Təklə-Məkan və Qobi səhralarında bu hadisələr tez-tez müşahidə edilir. Ərəb ölkələrində “həbib” adlanan bu fırtınaların hündürlüyü minimum 3 metrə çatır və nadir hallarda 15 metr hündürlüyü keçə bilir. Fırtına zamanı toz hissəcikləri 1524 metr hündürlüyə qədər qalxa bilir.

Qum fırtınaları ətraf mühitə, iqtisadiyyata, insanların təsərrüfat fəaliyyətinə və nəqliyyata ciddi ziyan vurur. Çad və Burkina-Faso kimi ölkələrdə torpağın üst münbit qatının itirilməsinə səbəb olaraq səhralaşmanı sürətləndirir. Bitkilərin yaşıl yarpaqları üzərində qum çöküntüləri fotosintez prosesini ləngidə və ya dayandıra bilər. İnsan sağlamlığına gəldikdə isə qum fırtınaları ağciyərlərdə ciddi problemlərə, o cümlədən silikoz, asfiksiya, ağciyər xərçəngi və “quru göz” sindromuna səbəb ola bilər.
Bununla belə, qum fırtınalarının bəzi müsbət tərəfləri də var. Məsələn, torpağın qida elementlərindən biri olan fosfatın Amazon ovalığındakı bitkilərə çatdırılması ilə bitki örtüsünün böyüməsinə kömək edir. Qum fırtınaları Böyük Səhradan Amazon ovalığına 4 kiloqram fosfat gətirə bilir. Eyni zamanda, bu fırtınalar toz və aerozolları atmosferin yuxarı hissələrinə daşımaqla, Yerin enerji balansına, buludların əmələ gəlməsinə və yağıntıların formalaşmasına təsir göstərir. Dünyada ən çox qum fırtınası Mavritaniyada baş verir, burada ildə 80-ə yaxın fırtına qeydə alınır. Qum fırtınalarının zərərlərindən müdafiə olunmaq üçün bitki örtüyünün genişləndirilməsi vacib amildir.(azərtac)

MARAQLI / KARUSEL
Tarix: 28-05-2024, 11:24