3 yaşlı uşağı xilas edən şəxsə “Xalq qəhrəmanı” adı verildi - VİDEO
Qazaxıstanda 3 yaşlı uşağı xilas edən vətəndaşa “Xalq qəhrəmanı” adı verilib.
REPORTYOR.AZ xəbər verir ki, hadisə ötən gün səhər Nur Sultan (Astana) şəhərində baş verib.
Hündürmərtəbəli binanın 7-ci mərtəbəsində yaşayan Sabit Şontakbayev adlı şəxs üstmərtəbədən, yəni 8-ci mərtəbənin eyvanından yıxılmaq təhlükəsi olan 3 yaşlı uşağı xilas edib.
Hadisədən sonra dövlət tərəfindən ona "Xalq qəhrəmanı" adı verilib. Bir nəfər iş adamı isə S. Şontakbayevə yenidən 3 otaqlı mənzil hədiyyə edib.
Qeyd edək ki, bu, Qazaxıstanda dövlət ənənəsidir.
Belə ki, ölüm təhlükəsi ilə üz-üzə olan şəxsin həyatını xilas edənə dövlət tərəfindən "Xalq qəhrəmanı" fəxri adı verilir.
SON XƏBƏR / KARUSEL
Tarix: 12-05-2022, 13:17