Hörmüz boğazından gəmi tranziti 95% azalıb

Birləşmiş Millətlər Təşkilatı ABŞ, İsrail və İranın iştirak etdiyi müharibənin başlamasından bəri Hörmüz boğazından gəmi tranzitinin 95,3% azaldığını açıqladı.
Mətbuat konfransında BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) məlumatları 28 fevralda münaqişə başlayandan bəri boğazdan dəniz nəqliyyatında 95,3% azalma olduğunu göstərir.
Dujarrik əlavə edib ki, boğaza tətbiq edilən məhdudiyyətlər əsas ərzaq məhsullarının qiymətlərinin 6% artmasına səbəb olub. Bundan əlavə, Avropa üçün xam neftin qiyməti 53% artıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:39


























