mobil versiya

Səfirlik 2026-cı il Koreya haqqında Viktorinaya qeydiyyatının başladığını elan edib



Koreya Respublikasının Azərbaycandakı səfirliyi 2026-cı il Koreya haqqında Viktorinaya qeydiyyatın başladığını elan edib.

Bu barədə səfirlik sosial media hesabında paylaşım edib.

Bildirilir ki, viktorinada iştirak etmək istəyən 18 yaşdan yuxarı, Azərbaycan vətəndaşı olmalı, TOPIK 3 və ya daha yüksək səviyyədə koreyaca bilməli və Koreya haqqında ətraflı biliyə sahib olmalıdır.

Viktorinanın qalibi, mükafatla yanaşı bu ilin sentyabrında Seulda keçiriləcək beynəlxalq finalda Azərbaycanı təmsil etmək şansı qazanacaqdır.

Viktorina 20 may 2026-cı il, saat 14:00-da Bakı Dövlət Universiteti, əsas bina, 3-cü mərtəbə, akt zalında keçiriləcəkdir. 

Viktorinanın bütün iştirakçılarına hədiyyələr təqdim olunacaq.

Yuxarıdakı şərtlərə cavab verən hər kəs Viktorinaya qoşulmağa və hədiyyələri əldə etməyə dəvətlidir.

Qeydiyyatdan keçmək üçün 30 aprel 2026-cı il tarixinədək aşağıdakı formu doldurun: 
https://forms.gle/tovkGksJZVnbTXs47

P.S.Hər hansı sualınız olarsa, az_politics@mofa.go.kr ünvanına müraciət edə bilərsiniz. 

Viktorinaya hazırlaşmaq üçün KBS World TV YouTube kanalına daxil olub "Quiz on Korea" videolarını izləyin;
https://youtu.be/x-CYKoVcKPE?si=Z1B5NWJ0xVWszdNp

Ətraflı məlumat üçün Səfirliyin rəsmi saytına daxil olun:
https://az.mofa.go.kr/az-ko/brd/m_8259/view.do?seq=1346795

Reportyor.az 



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 16-04-2026, 16:19