mobil versiya

WUF13 çərçivəsində Səid Rüstəmov adına orkestr konsert verəcək






Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri-Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestri mayın 21-də Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Konsert Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə keçiriləcək.

Konsert proqramında Azərbaycan milli musiqisinin inciləri, klassik və müasir bəstəkarların əsərləri səsləndiriləcək.
Konsertin əsas özəlliklərindən biri milli musiqi irsimizin beynəlxalq auditoriyaya təqdim olunmasıdır. WUF13 kimi qlobal tədbir çərçivəsində təşkil olunan bu konsert Azərbaycanın zəngin mədəniyyətinin, musiqi ənənələrinin və sənət potensialının dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ümumdünya Şəhərsalma Forumu şəhərlərin davamlı inkişafı, urbanizasiya və müasir şəhərsalma problemlərinin müzakirə olunduğu ən böyük beynəlxalq platformalardan biridir. Bu mötəbər tədbir çərçivəsində təşkil olunan mədəni proqramlar isə iştirakçılara ev sahibi ölkənin milli irsi ilə yaxından tanış olmaq imkanı yaradır.

Reportyor.az 




KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 13:46