Təhqirlərə dözə bilməyən Cəfər Cabbarlı intihar edib? - ARAŞDIRMA + FOTO
Azərbaycan Cümhuriyyəti Parlamentinin sədri olmuş Həsən bəy Ağayevə aid ailə arxivində qiymətli bir fotoşəkil var.
27 may 1919-cu ildə Azərbaycanın istiqlaliyyətini elan etməsinin bir yaşı münasibətilə çəkilən şəkildə parlament dəftərxanasının rəhbərləri və işçiləri təsvir olunublar. Həsən bəy Ağayev, Nağı bəy Əliyev, Mehdi bəy Hacınski, Şəfiqə xanım Əfəndizadə, Məhəmməd ağa Vəkilov, Əhmədcövdət Pepinov və başqaları ilə yanaşı, iki gənc də var. Onlar parlamentin steneoqrafları Mirzəbala Məhəmmədzadə və Cəfər Cabbarlıdır.
Tale bu iki şəxsi cəmi bir il sonra yenidən bir araya gətirəcəkdi. 1920-ci ildə bolşeviklərin Azərbaycan Cümhuriyyətini işğal etməsindən sonra yaradılan gizli “Müsavat” təşkilatının rəhbəri və katibi olacaqdılar. Sovet dönəmində Cəfər Cabbarlının həyatı haqqında yazılan kitablarda onun bu fəaliyyəti, həbs edilməsi, məhbəs günləri haqqında heç bir məlumat verilməyib.
Onu qorumaq üçün mühacirətə gedən ən yaxın silahdaşları olan Mirzəbala Məhəmmədzadə və Əbdülvahab Məhəmmədzadə (Yurdsevər) də mühacir mətbuatında bu barədə yazmayıblar. Yalnız vəfatından sonra mühacirlər açıq şəkildə onun 1920-1927-ci illərdəki fəaliyyətindən geniş bəhs etməyə başlayıblar. Müstəqillik illərində isə bu barədə ən geniş tədqiqatları professor Asif Rüstəmli aparıb.
Cəfər Cabbarlı 1899-cu il martın 20-də doğulub. Bakının yeddinci şəhər məktəbində, ardınca Bakı Politexnik Məktəbinin Elektromexanika şöbəsində təhsil alıb. Gənc yaşlarından etibarən ictimai-siyasi fəallıq göstərən Cəfər bu dövrdə eyni zamanda ilk şeirlərini, pyeslərini çap etdirib. Mirzəbala Məhəmmədzadə Cəfərin bu dövrdəki fəaliyyəti barədə yazıb:
“Gənclər arasında vəziyyət belə idi: Hər orta-lisey dərəcəli məktəbdə bir Tələbə Cəmiyyəti vardı. Bu cəmiyyətin nümayəndələrindən ibarət bir də gizli məktəbdəki təşkilatın adı “İrşad” idi və özümüzə məxsus “Arzu” adlı əl ilə yazılı, rəsmli məcmuəmiz də vardı. Cəfər bu təşkilatın ən fəal üzvlərindən biri idi. Zatən o zaman Bakı məktəbləri arasında ən fəal və inqilabçı olanlar bizim məktəblə Bakı oğlan liseyi (real məktəb) və qız gimnaziyası idi”.
Bakı Politexnik Məktəbini Cəfər 1920-ci ildə bitirib. Sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olub. Lakin tezliklə ərizə yazıb həmin fakültədən çıxıb. 1923-cü ilin sentyabrından o, səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayıb. Eyni zamanda 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin Tarix şöbəsində də təhsilini davam etdirib. Amma bu illərdə Sovet dövrü əsərlərində qeyd edilməyən bir hadisə yaşanıb. Cəfər bir çox ziyalılar kimi həbs olunub, işgəncəyə məruz qalıb.
Gizli təşkilat və həbslər
Aprel ayının 27-dən sonra Məhəmmədəmin Rəsulzadənin icazəsi ilə bir qrup istiqlalçı gənc gizli “Müsavat” təşkilatını qurublar. Bu barədə Ə.Yurdsevər yazıb:
“27 aprel axşamı Mirzəbala ilə birlikdə Rəsulzadənin evinə gedərək məsləhət almış və yoldaşlarımızdan Məhəmmədsadıq Quluzadə və Məhəmmədhəsən Baharlı ilə birlikdə mərhum şair Cəfər Cabbarlının şəhər kənarındakı evində ilk gizli partiya mərkəzini qurmağa qərar vermişdik”.
Gizli təşkilatın C.Cabbarlının evində toplanması ona olan inamın göstəricisidir. Təşkilatın əsas məqsədi Bakıda gizli şəkildə “İstiqlal” qəzeti çap etmək, etirazçı qüvvələri bir araya gətirmək, mühacir ailələrinə dəstək olmaq və nəhayət, Azərbaycanın yenidən istiqlaliyyətini qazanmaq idi. Təşkilatın həyata keçirdiyi ən önəmli iş M.Rəsulzadənin Moskvadan qaçırılması idi. Qurumun əsas üzvlərindən Dadaş Həsənzadənin təşkilatçılığı ilə Rəsulzadə Moskvadan Peterburqa, oradan isə Finlandiyaya gedə bilib.
Lakin qısa zaman sonra təşkilatın üzvləri ələ keçiblər, gizli “İstiqlal” mətbəəsi aşkar edilib. Üzvlər işgəncəyə məruz qalıblar. Ə.Yurdsevər işgəncə ilə üzləşən istiqlalçılardan bəzilərinin adlarını “QPU vəhşətləri” adlı yazısında qeyd edib: Ağasəlim Rəhimzadə, Salman Rəhimzadə, Ağakərim Əlizadə, Əsədulla Məhəmmədzadə, Qara Hüseynzadə, özü və Cəfər Cabbarlı.
Cabbarlının “ÇeKa” həyatı
Əbdülvahab Yurdsevərin yazdığına görə, C.Cabbarlı iki dəfə “ÇeKa” zirzəmisinə salınıb. 15 iyun 1923-cü ildə bir qrup istiqlalçı ilə birlikdə həbs edilib. Bir neçə gün sulu və üfunət qoxulu zirzəmidə saxlanıldıqdan, küfr, təhdid altında istintaq aparıldıqdan sonra oğru və qatillərin saxlanıldığı kameraya aparılıb. Burada o, rus millətçilərinin “Atəşin qəlb” təşkilatının həbs edilmiş üzvlərinin edamına şahid olub. İki aylıq həbsdən sonra buraxılan Cabbarlının ilk işi evində axtarış aparılarkən müsadirə edilən əlyazmalarını və tamamlanmamış əsərlərini geri almaq üçün “ÇeKa”ya getmək olub. Yurdsevər yazıb:
“Çekistlər tərəfindən araşdırılmış və yırtılmış, otağın içərisində hər tərəfə atılmış bu ədəbi əsərləri müəllifin özü də bir yerə toplaya bilmirdi. Bir çox parçalar və yazılar tamamilə itmişdi. Oğurlanmış və məhv edilmiş əməyinin geridə qalan qismini qurtarmağa çalışan sənətkar dizi üstünə çökərək, bu qiymətli sənədləri bir araya yığmaqla məşğul olur, çekistlərin istehzalı gülüşləri ilə qarşılaşırdı. Qeyb olan əsərlərindən biri də Azərbaycanın milli istiqlal bayramının ikinci ildönümü münasibətilə qələmə alınmış “Qız qalası” poemasının əlyazması idi”.
Yurdsevərin yazdığına görə, Cəfər ikinci dəfə 5 oktyabr 1923-cü ildə həbs olunub. Yenə böyük qrup istiqlalçı ilə birlikdə zirzəmiyə salınan Cəfəri müstəntiq Nikolayevin əmri ilə bir neçə gün ac-susuz saxlayıblar.
“Soyuq və rüzgarlı bir son bahar günündə sulu və üfunətli zirzəmidən tək adamlıq kameraya aparılan Cəfərin halı sarsıdıcı idi. Üzərindəki paltar su içərisində idi. Zəif vücudu titrəyirdi. Qonşu kameralarda olduğumuz üçün şair ona edilən vəhşi rəftarı ürəkağrıdıcı dillə mənə danışırdı”, – şairlə eyni “suç”dan həbs edilən Əbdülvahab o günlərə belə şahidlik edib. Yenə şahidin yazdığına görə, Cəfər kamerada tapdığı kiçik vərəqlərə “Qız qalası” poemasını yenidən yazmağa başlayıb.
İstintaq Cəfərin “suç”unu isbat edə bilmədiyinə görə onu bu dəfə azad edib. Amma vəfat gününədək daim təqib altında yaşayıb. Eyni zamanda, onun sözünü açıq deyə bilməsi həmkarları tərəfindən də təzyiqə məruz qalmasına səbəb olub. Ömür-gün yoldaşı Sona xanım yazıb ki, bəzən yazdığı pyeslər tənqidçilərin ağır hədəfinə tuş gəlib, mövcud siyasi atmosferə uyğun hesab edilməyib. Hətta teatrda monopoliya yaratması ittihamı da irəli sürülüb. 1934-cü ildə Moskvada keçirilən Sovet yazıçılarının konqresində onun “sifarişlə sənət və ədəbiyyat yaradılmaz” fikri də bu ittihamların sərtləşməsinə səbəb olub. Nəticədə, məhbəs həyatı, təqiblər, iftiralar, ittihamlar onun həyatını hər gün sona doğru aparıb. 1934-cü ildə o, gənc yaşında vəfat edib.
Cabbarlı intihar edib?
Sona xanım Sovet dövründə yazdığı xatirələrində Cəfərin ürək tutmasından evdə vəfat etdiyini bildirib. Amma repressiyya illərində öldürülən ziyalıların da ölüm kağızlarında ürəktutması yazıldığı üçün ölüm faktının başqa cür ola bilmə ehtimalı da var. Çünki Sona xanım bircə cümlə də olsun Cəfərin Cümhuriyyət illərindəki fəaliyyəti və həbs olunması barədə yazmayıb.
Cəfərin mücadilə və məhbəs yoldaşı Əbdülvahab Cabbarlının intihar etdiyini qeyd edibb:
“Moskva çıxışı əcnəbi mətbuatda əks olununca QPU-nun təhdidləri olduqca artmış və sıxlaşmışdı. Şairi yeni həbslər gözləyirdi. Bu çıxılmaz vəziyyət qarşısında qalan Cəfər intihardan başqa çarə tapmadı. Buna görə də Sovet qəzetlərinin Cəfərin təbii ölümlə öldüyünə dair verdikləri xəbərlər büsbütün yalan və uydurmadır. Cəfər təbii ölümlə ölməyib, intihar edib. Bu fikri son illər ərzində Bakıdan vətənlərinə sürgün edilən iranlılar bir ağızdan doğrulayırlar. Təfsilatı belədir: Vəfatından bir gün əvvəl QPU-ya dəvət edilən Cəfər çekistlərin küfr və təhdidləri ilə qarşılaşmışdı. Uzun müzakirələrdən sonra düşünmək üçün ona bir neçə gün möhlət verilib, keçmiş nöqsanlarını tamamilə aradan qaldırması təklif edilib. Pərişan bir halda evinə dönən şair kimsə ilə danışmadan və yemək yemədən öz otağına çəkilib, paltarını çıxarmadan yatağına girib. Ertəsi gün onu ölü tapıblar və təhqiqat nəticəsində zəhər içdiyini aşkar ediblər”.
Yurdsevərə görə, bu vəziyyət qarşısında aciz qalan bolşeviklər onu dövlət hesabına rəsmi mərasimlə dəfn ediblər.
Həqiqətən də, bolşeviklər dəfni yüksək səviyyədə keçiriblər. ASŞC Xalq Komissarları Şurasının Cabbarlının dəfni ilə bağlı 31 dekabr 1934-cü ildə verilmiş 1320 saylı qərarda yazılıb: “Talantlı Şura dramaturqu Cəfər Cabbarlı yoldaşın vəfatı ilə əlaqədar olaraq ASŞC Xalq Komissarları Şurası qərara alır:
1. Cəfər Cabbarlı yoldaşın dəfn edilməsi dövlət hesabına qəbul edilsin;
2. Cəfər Cabbarlı yoldaşın ailəsinə ayda 500 manat miqdarında şəxsi pensiya təyin edilsin;
3.Cəfər Cabbarlı yoldaşın ailəsinə 5000 manat miqdarında birdəfəlik təxsisat verilsin;
4. Dəfni keçirmək və Cəfər Cabbarlı yoldaşın xatirəsini əbədiləşdirmək tədbirlərini görmək üçün Şəmsəddinski yoldaşın sədarəti altında Ələkbərli, Talıblı, M.Kələntərov, B.Rzayev, Nəzərli, Triniç, Lukiçev, Mkrtçyan və şura yazıçısı Qantəmir yoldaşdan ibarət hökumət komissiyası təşkil edilsin.
ASŞC Xalq Komissarlar Şurası sədri: H.Rəhmanov
ASŞC Xalq Komissarlar Şurası işlər müdiri: D.Arutunov”.
Azərbaycan Cümhuriyyətinin paytaxtı Bakının azad edilməsi şərəfinə “Bakı müharibəsi” pyesini yazan Cəfər şura dramaturqu kimi yüksək səviyyədə dəfn edilib. Əslində onun Sovet dövründəki fəaliyyəti də Cümhuriyyət illərində başladığı işlərin davamı idi. Bu baxımdan, C.Cabbarlıya Süleyman Rüstəm və sairləri kimi heç bir zaman “proletar yazıçısı” ifadəsi tam şəkildə yapışmayıb. Necə ki, Mirzəbala Məhəmmədzadə istiqlalçı həmkarının vəfatının üçüncü ildönümü münasibətilə mühacirətdə yazdığı məqaləsində Cəfərin nəşr edilməmiş bir şeirini qeyd edib:
Türk sağ ikən yurduna əl vurulmaz,
Ölsə də, zəncir daşımaz, qul olmaz,
Ölkə mənim, Vətən mənim, yurd mənim
İkən arş irəli, arş irəli, əsgərim.
Gedərəm əsgər olub
Yurduma xidmət edərəm mən,
Qurban ollam Vətənə
Onu candan sevərəm...”
SON XƏBƏR / KARUSEL / ÖLKƏ

Tarix: 4-03-2020, 12:40