mobil versiya

İran: İran hərbi baza və logistik resursları hədəfə almaqda heç bir tərəddüd etməyəcək




ABŞ-ın İrana qarşı hücumuyla ilə bağlı İranın Xarici İşlər Nazirliyi Bəyanat yayıb.

Bəyanatda deyilir:

ABŞ rejimi, bazar ertəsi gecəsi Hörmüz boğazı üzərində öz terrorçu ordusuna məxsus "Apache" helikopterinin qəzaya uğramasını bəhanə gətirərək, 20 xordad 1405 (10 iyun 2026) çərşənbə günü, gecənin ilk saatlarında ölkənin cənub bölgələrinə vəhşicəsinə hücumlar həyata keçirib. Bu hücumlar BMT Nizamnaməsinin, xüsusilə də 2-ci maddəsinin 4-cü bəndinin və beynəlxalq münasibətlərdə güc tətbiq edilməməsinə dair fundamental qaydanın açıq şəkildə pozulmasıdır. ABŞ-ın hakim dairələri bu təcavüzkar addımları ilə öz cinayətkar və müharibəpərəst mahiyyətini bir daha nümayiş etdirib.

"ABŞ-ın İrana qarşı hərbi təcavüzünə, ölkəmizin milli suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulmasına cavab olaraq, İran İslam Respublikasının qüdrətli Silahlı Qüvvələri legitim müdafiə hüququ çərçivəsində, ABŞ-ın regiondakı və bu təcavüzlərin mənbəyi olan hərbi baza və aktivlərinə sarsıdıcı zərbələr endirib".

Xarici İşlər Nazirliyi ABŞ-ın İrana qarşı hərbi təcavüz cinayətini qətiyyətlə pisləməklə yanaşı, regionun bütün ölkələrinin, xüsusilə də Fars körfəzinin cənub sahilində yerləşən dövlətlərin hüquqi və mənəvi məsuliyyətini bir daha xatırladır. Bu məsuliyyət, ABŞ ordusunun və İsrail rejimin İrana qarşı təcavüzkar hərəkətlərin planlaşdırılması, təşkili, icrası və logistik dəstəklənməsi üçün öz ərazi və imkanlarından hər hansı bir formada istifadə etməsinə icazə verilməməsini nəzərdə tutur.

Xəbərdarlıq edilir ki, İran İslam Respublikası özünün təbii müdafiə hüququnu həyata keçirməkdə, o cümlədən hücumların çıxış nöqtələrini, habelə İrana qarşı təcavüzkar əməliyyatların icrası və dəstəklənməsi üçün istifadə olunan hərbi baza və logistik resursları hədəfə almaqda heç bir tərəddüd etməyəcək 

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi, beynəlxalq sülh və təhlükəsizliyin qorunması, eləcə də təcavüzkar tərəflərin cavabdehlik daşıması üçün Birləşmiş Millətlər Təşkilatının, xüsusilə də bu təşkilatın Təhlükəsizlik Şurasının və Baş katibinin üzərinə düşən vəzifə və məsuliyyəti bir daha vurğulayır.

Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:07