Hindistan Myanmarın tarixi film arxivlərinin rəqəmsal qorunmasını dəstəkləyəcək

Hindistan müasir rəqəmsal texnologiyalardan istifadə etməklə Myanmarın tarixi filmlərinin və kinoxronika arxivlərinin uzunmüddətli qorunmasına kömək edəcək.
Hindistanda yerləşən dünyanın aparıcı film bərpa şirkətlərindən biri olan Prasad Qrupunun nümayəndələri Nay Pyi Dowda İnformasiya Nazirliyinin rəsmiləri ilə qabaqcıl qoruma və bərpa üsullarını müzakirə etmək üçün görüşüb.
Görüşdə İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəsmiləri və Prasad Qrupunun baş icraçı direktoru Dr. Prasad Rao Pasamın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Müzakirələr Film Təşviqi Bölməsinin arxivində saxlanılan Myanmarın film və kinoxronika kolleksiyalarının saxlama və qoruma sistemlərinin təkmilləşdirilməsi, dəyərli klassik filmlərin köhnəlməsinin qarşısının alınması və ən son rəqəmsal texnologiyalardan istifadə edərək bərpası mövzularına yönəldildi. Hər iki tərəf həmçinin filmlərin qorunması sahəsində uzunmüddətli əməkdaşlıq planlarını araşdırıb.

1956-cı ildə məşhur hind rejissoru L. V. Prasad tərəfindən təsis edilən Prasad Corporation Limited şirkəti Hindistanın ən qədim və ən böyük film sənayesi müəssisələrindən biridir. Əvvəllər Prasad Labs brendi altında film emalı və laboratoriya xidmətləri ilə dünyada tanınan şirkət hazırda qabaqcıl 4K, 8K və 12K texnologiyalarından istifadə edərək rəqəmsal film bərpa xidmətləri göstərir.
Planlaşdırılan texniki əməkdaşlığın Myanmanın əvəzsiz klassik filmlərinin və tarixi qeydlərinin rəqəmsal formatlarda qorunmasına kömək edəcəyi və gələcək nəsillər üçün uzunmüddətli yaşamasını təmin edəcəyi gözlənilir.
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 10-06-2026, 14:52



























