mobil versiya

Azərbaycan Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli vizasız rejim tətbiq edəcək




Yaponiya tərəfi Azərbaycan tərəfinin turizmin təşviqi, iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli qaydada vizasız rejim tətbiq etmək qərarını alqışlayıb.

Bu barədə XİN-in Azərbaycan və Yaponiya xarici işlər nazirlərinin görüşünə dair məlumatında bildirilib.

Tərəflər vətəndaşlarının qarşılıqlı səyahətlərini asanlaşdırmağa davam edəcəklərini təsdiqləyiblər.

Reportyor.az 
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 16:02