Çin Avropanın bu ölkələrii üçün vizasız rejim tətbiq edir
Çin hakimiyyəti Avropanın altı ölkəsinin vətəndaşları üçün birtərəfli vizasız rejim tətbiq edəcək.
ÇXR-in xarici işlər naziri Van İ bu barədə Çin Xalq Nümayəndələri Yığıncağının ikinci sessiyası çərçivəsində keçirilən mətbuat konfransında deyib.
“Pekin martın 14-dən sınaq olaraq İsveçrə, İrlandiya, Macarıstan, Avstriya, Belçika və Lüksemburq üçün vizasız rejim tətbiq edəcək”, - deyə XİN rəhbəri bildirib. Onun sözlərinə görə, ÇXR ölkələr arasında personal mübadiləsini asanlaşdırmaq, o cümlədən ödəniş xidmətlərinin miqdarını artırmaq üçün təşəbbüslər irəli sürməyə davam edəcək.
Xatırladaq ki, Çin hökuməti 2023-cü il dekabrın 1-dən etibarən Avropa İttifaqının beş ölkəsi - İspaniya, İtaliya, Hollandiya, Fransa və Almaniya vətəndaşları üçün viza rejimini birtərəfli qaydada aradan qaldırıb.
KARUSEL / DÜNYA
Tarix: 7-03-2024, 14:37