mobil versiya

Maşınını gömrükdən keçirən şəxs "infarkt" keçirdi - FOTO/RƏSMİ



Baş Gömrük İdarəsində baş verən ölüm hadisəsi ilə bağlı rəsmi məlumat yayılıb. 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən REPORTYOR.AZ-a verilən məlumata görə, dekabrın 17-də Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin ərazisində Azərbaycan Respublikası vətəndaşı, 1962-ci il təvəllüdülü Sadiqov Elşən Bala Baba oğlunun səhhəti pisləşərək dünyasını dəyişib.

Belə ki, gömrük rəsmiləşdirilməsindən öncə Mərkəzi Gömrük Ekspertizası İdarəsinin ərazidəki laboratoriyasının qarşısında Elşən Sadiqovun nəqliyyat vasitəsinin içərisində halı qəflətən pisləşib. Dərhal əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin tibb işçilərinin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bəzi kütləvi informasiya vasitələri mərhumun ölüm səbəbini guya gömrük ərazisindəki sıxlıqla, rəsmiləşdirmə ilə əlaqələndirərək həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Bir daha onu qeyd edək ki, gömrük ərazisində heç bir sıxlıq olmayıb, üstəlik hadisə gömrük rəsmiləşdirilməsi prosesindən əvvəl baş verib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


BANNER / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 18-12-2019, 11:11