mobil versiya

Rusiya ordusu Ukraynanın yeni itkilərini AÇIQLADI




Xüsusi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri Ukraynada 2900-dən çox hərbi infrastruktur obyektini sıradan çıxarıb.

Bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov cümə axşamı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Ukrayna ordusunun ümumilikdə 97 təyyarə, 107 pilotsuz uçuş aparatı, 141 hava hücumundan müdafiə zenit-raket kompleksi, 86 radar postu, 986 tank və digər zirehli döyüş maşını, 107 çoxsaylı zirehli döyüş maşını, 368 artilleriya və minaatan, 749 ədəd xüsusi təyinatlı hərbi maşın vurulub.

Bundan əlavə qondarma "DNR" silahlıları da iki yaşayış məntəqəsini ələ keçirib.
KARUSEL
Tarix: 10-03-2022, 15:30