mobil versiya

Sumqayıtda sərnişin avtobusda ölüb




Sumqayıtda ölüm hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə 30 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusunda qeydə alınıb.

Belə ki, avtobusda olan sərnişin, 1948-ci il təvəllüdlü Quliyev Eldar İbrahim oğlunun səhhəti qəfildən pisləşib və dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 23-10-2019, 15:15