mobil versiya

Sumqayıtda qadın qəflətən keçindi


Sumqayıt şəhərində ölüm hadisəsi baş verib. APA xəbər verir ki, şəhərin 12-ci mikrorayon ərazisində yerləşən 33 nömrəli yataqxanada 1951-ci il təvəllüdlü Əzizə Hacıyeva qəfildən dünyasını dəyişib. 
Onun hansı səbəbdən öldüyü hələlik bilinmir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşları araşdırma aparır.

HADİSƏ
Tarix: 14-08-2019, 08:52