mobil versiya

Stolüstü tennisçilərimiz Çexiyaya gedib



Yeniyetmə stolüstü tennisçilərimiz Şakir Qədirov və Banu Baytallı “Evrotalent selection camp” beynəlxalq seçim toplanışına qatılıblar.
Azərbaycan Stolüstü Tennis Federasiyası xəbər verir ki, idmançılarımız məşqçi Rüfət Əliyevanın rəhbərliyi ilə aprelin 9-dək Çexiyanın Havirov şəhərində keçirilən seçim mərhələsində bacarıqlarını göstərəcəklər.
Təlim-məşq toplanışının nəticələrinə əsasən, fərqlənən idmançılar qitənin istedadlı stolüstü tennisçiləri sırasına daxil olacaqlar və beynəlxalq federasiya tərəfindən təşkil olunan toplanışlarda ustalıqlarını artırmaq imkanı qazanacaqlar.

KARUSEL / İDMAN
Tarix: 3-04-2023, 15:26