mobil versiya

2016-cı ilin “Dünya gözəli” Bakıya gəlir



2016-cı ildə Xorvatiya gözəli seçilən İvana Knoll Azərbaycana gəlir. 
Bu barədə o, instaqramda məlumat verib.  Model qeyd edib ki, 28-30 aprel 2023-cü il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində yer alacaq.
İ. Knoll paylaşdığı videoda Formula 1-in böyük pərəstişkarı olduğu üçün çox həyəcanlı olduğunu deyir: “Bunu qaçırmaq mümkün deyil. Mənə qoşulun, tezliklə görüşərik”.
Qeyd edək ki, xorvatiyalı modelin Instagram səhifəsinə 3,4 milyondan çox izləyicisi var.

KARUSEL / İDMAN
Tarix: 19-04-2023, 16:57