mobil versiya

“Samsung” istifadəçilərinin mobil telefonlarındakı fərdi məlumatlar ələ keçə bilər


“Samsung” cihazlarında ciddi boşluq (CVE-2023-21492) aşkarlanıb.
Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, “Android” 11, 12 və 13 versiyalarında çalışan “Samsung” cihazlarının nüvəsindəki boşluq kiberdələduzun “ASLR”dan yan keçməsinə imkan verir.
Boşluğun istismarı kiberdələduzun cihazda mövcud fərdi məlumatları ələ keçirməsinə, zərərli proqram təminatı quraşdırmasına və cihazı uzaqdan idarə etməsinə səbəb ola bilər.
Təhlükəsizlik üçün istifadəçilərə “Android” əməliyyat sisteminin ən son təhlükəsizlik yeniləmələrini etmək tövsiyə olunur.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 24-05-2023, 11:14