mobil versiya

ABŞ dövlət katibi və Türkiyə xarici işlər naziri Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib



ABŞ dövlət katibi Entoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Türkiyə KİV xəbər verir ki, Blinken türkiyəli həmkarını yeni vəzifəsi münasibətilə təbrik edib.
Görüşdə İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması və modernləşdirilməsi, Ukrayna taxıl sazişi müzakirə edilib.
Hər iki nazir iki ölkə arasında ümumi aktual məsələləri müzakirə etmək üçün mümkün qədər tez bir zamanda yenidən görüşməyə hazır olduqlarını vurğulayıblar.

KARUSEL / SİYASƏT
Tarix: 8-06-2023, 11:22