mobil versiya

Muğan Bank”ın lisenziyasının ləğvi bank sektoruna heç bir təhdid yaratmır



“Muğan Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır”.
Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) yaydığı açıqlamada bildirilib.
Açıqlamada əlavə olunub ki, “Muğan Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4 faiz, kredit portfelində 2 faiz, sektorun öhdəliklərində isə cəmi 1,3 faiz təşkil edir.
Qeyd edək ki, AMB İdarə Heyətinin qərarı ilə “Muğan Bank” ASC-nin lisenziyası oktyabrın 19-dan ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 19-10-2023, 10:39