mobil versiya

Çimərlik voleybolu üzrə Azərbaycan yığması Misirə gedib



Çimərlik voleybolu üzrə 18 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq məqsədilə Misirə yollanıb.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, yığma rusiyalı çalışdırıcı İqor Olefirin rəhbərliyi ilə Şarm Əl-Şeyx şəhərinə yola düşüb.
Altı voleybolçunun iştirak edəcəyi toplanış 14 gün davam edəcək.
Qeyd edək ki, Avropa çempionatı bu il fevralın 11-14-də Gürcüstanın Kaçreti şəhərində təşkil olunacaq.

KARUSEL / İDMAN
Tarix: 14-02-2024, 17:11