Yeni vəzifəyə təyin olunmuş ədliyyə naziri kollektivə təqdim edilib

Fevralın 28-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev ədliyyə naziri Fərid Əhmədovu kollektivə təqdim edib.
Təqdimat mərasimində çıxış edən Samir Nuriyev müstəqil Azərbaycan Respublikasında müasir ədliyyə sisteminin formalaşması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilmiş ardıcıl və məqsədyönlü hüquqi islahatlar nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun yeni inkişaf yoluna qədəm qoydu, onun çoxşaxəli fəaliyyətini tənzimləyən normativ-hüquqi baza formalaşdırıldı, nazirliyin səlahiyyətləri genişləndirildi, cəmiyyətdə rolu artdı.

Qarşıdan gələn dövrdə nazirliyin qarşısında duran vəzifələrlə bağlı Prezident İlham Əliyevin tapşırıqlarını diqqətə çatdıran Samir Nuriyev kollektivin öz səylərini əsirgəməyəcəyinə inandığını bildirib, bu işdə yeni təyin olunmuş nazirə və kollektivə uğurlar arzulayıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 28-02-2024, 13:24