CENTCOM rəhbəri təhlükəsizlik danışıqları üçün İsraildə

ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurilla bu həftə İsrail ordusunun komandanı general-leytenant Eyal Zamirlə regional təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar aparmaq üçün İsrailə səfər edib.
Reportyor.az xəbər verir ki, bu barədə ordu bəyanat yayıb.
Bildirilir ki, Kurilla çərşənbə axşamı İsrailə gəlib və Zamir və digər İsrail hərbi komandirləri ilə birgə görüş keçirib, onlar regionda strateji təhlükəsizlik məsələlərini müzakirə ediblər.
KARUSEL / DÜNYA
Tarix: 3-04-2025, 12:37