Səfir İoniya Universitetində Azərbaycan-Yunanıstan münasibətləri mövzusunda çıxış edib

Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov bu ölkənin böyük adası olan Korfuda səfərdə olub.
Reportyor.az xəbər verir ki, bu barədə səfirlik sosial şəbəkədə paylaşım edib.
Səfər zamanı səfir İoniya Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin tələbələri qarşısında Azərbaycan-Yunanıstan münasibətləri mövzusunda çıxış edib. İon Universitetinin rektoru Andreas Floros ilə görüşdə tərəflər İon Universiteti ilə Azərbaycan universitetləri arasında potensial əməkdaşlığı müzakirə ediblər.

Səfir həmçinin İon Adaları Regionunun qubernatoru İoannis Trepeklis və Mərkəzi Korfunun davamlı turizmin inkişafı və ictimaiyyətlə əlaqələr üzrə vitse-meri Spiros Chalikiopoulos ilə görüşüb. Bu görüşlər zamanı səfir həmsöhbətlərinə Azərbaycan-Yunanıstan əlaqələri barədə məlumat verib, tərəflər turizm və şəhər diplomatiyası sahələrində əməkdaşlıq imkanlarını araşdırıblar.

KARUSEL / CƏMİYYƏT
Tarix: 3-04-2025, 20:03