mobil versiya

AZAL may ayında bir sıra istiqamətlərdə uçuşların sayını artırır



May ayından etibarən Bakıdan Antalya, Trabzon, Astana, Milan və Kişineu istiqamətlərində reyslərin tezliyi artırılacaq.

Reportyor.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Antalya istiqamətində 1 maydan etibarən gündəlik uçuşlar yerinə yetiriləcək. Trabzon istiqamətində isə 12 maydan uçuşların sayı həftədə 5-ə çatdırılacaq. Bakı–Astana marşrutu üzrə də 12 maydan etibarən həftədə 4 reys həyata keçiriləcək.
Avropa istiqamətində də tezlik artırılır – Bakı–Milan reysləri 1 aprel tarixindən həftədə 6 dəfə həyata keçirilir, 13 maydan etibarən gündəlik uçuşlar yerinə yetiriləcək. 
Artan tələbatı nəzərə alaraq 2025-ci ilin aprel ayından Bakı–Kişineu–Bakı marşrutu üzrə reyslərin sayı həftədə 5 dəfəyə çatdırılıb. Mayın əvvəlindən bu istiqamətdə uçuşlar həftədə 6 dəfə, 12 may tarixindən isə gündəlik həyata keçiriləcək.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 17-04-2025, 11:12