Azərbaycanda taksi istifadəçilərinin sayı azalıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 39 822 nəfər olub, bu da illik müqayisədə 0,6% azalma deməkdir.
Bu baradə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata əsasən, ötən ilin birinci yarısında taksi xidmətindən 40 062,5 müştəri istifadə edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 6,2% artaraq 900 898,5 min təşkil edib.(apa)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:36