mobil versiya

Bu il Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı nə qədər olub?



Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 2024-cü ilin yanvar-iyun aylarında 848,6 milyon sərnişin daşınıb.
Bu barədə Dövlət Statistika Komitəsidən məlumat verilib.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə sərnişin daşımasında 8,6 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,3 faizi (808.7 milyon) avtobus, 4,7 faizi (39.8 milyon) isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 10,0 faiz artıb.
Ümumilikdə 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyatçılar 967,4 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,7 faizi avtomobil nəqliyyatı, 11,7 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-07-2024, 11:28