Dünyanın ən güclü klubu - “Çelsi”

Amerika Birləşmiş Ştatlarında keçirilən Klublararası dünya çempionatına yekun vurulub.
Reportyor.az xəbər verir ki, Nyu-Cersi ştatında yerləşən “MetLayf” stadionunda baş tutmuş həlledici qarşılaşmada İngiltərənin “Çelsi” və Fransanın PSJ komandaları üz-üzə gəliblər.
“Çelsi” ilk hissədə vurduğu 3 qol sayəsində rəqibinə böyük hesabla qalib gəlib – 3:0. Koul Palmerin dubla imza atdığı oyunda digər qolu onun məhsuldar ötürməsindən sonra Juan Pedro vurub.
PSJ son mövsümdə UEFA Çempionlar Liqasının, “Çelsi” isə Konfrans Liqasının qalibi olub.
KARUSEL / İDMAN
Tarix: Bu gün, 09:50