Ali məktəblərə qəbul olunanların 46 faizi dövlət sifarişi ilə təhsil alacaq

Ali təhsil müəssisələrinə qəbul olunanların 46,69 faizi dövlət sifarişi ilə təhsil ala biləcək.
Bu il dövlət sifarişli yerlərin sayı 2 faiz artıb.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.
O qeyd edib ki, bu il ali təhsil müəssisələrinə qəbul olunanların 53,31 faizi isə ödənişli əsaslarla təhsil alma şansı əldə biləcək.(apa)
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:38