mobil versiya

Magistraturaya qəbul olunanlardan 7305 nəfər ödənişli əsaslarla təhsil alacaq


Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrinə əsasən qəbul olunanlardan 5981 nəfər dövlət sifarişi, 7305 nəfər isə ödənişli əsaslarla təhsil alacaq.
Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, onlardan 9745 nəfər ali təhsil müəssisələrinin cari, 3541 nəfər isə əvvəlki illərin məzunudur.
Xatırladaq ki, ixtisaslaşma seçimində iştirak edən 17359 bakalavrdan 13286 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.



KARUSEL / CƏMİYYƏT
Tarix: 20-07-2023, 12:37