mobil versiya

Rusiya təyyarələri əməliyyat bölgəsinə yaxınlaşdı: Türkiyə F-16-ları havaya qaldırıldı





İdlibdə Türkiyə ordusunun “Bahar qalxanı” əməliyyatı apardığı bölgədə gərginlik yaşanıb.

Haber7.com-un məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 təyyarələri həyəcan siqnalı ilə havaya qaldırılıb.

Türkiyə təyyarələrinin havaya qaldırılmasına səbəb isə Rusiyaya məxsus döyüş təyyarələrinin “Bahar qalxanı” əməliyyatının aparıldığı bölgəyə yaxınlaşması olub.

Havaya qaldırılan Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcıları komandanlığın əmri əsasında Suriya sərhədi boyu bir müddət uçuş həyata keçirib.

Rusiyaya məxsus döyüş təyyarələrinin əməliyyat bölgəsindən uzaqlaşmasından sonra gərginlik sona çatıb.

KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 5-03-2020, 11:45