İsrailin hava hücumu nəticəsində yaralanan qəzzalı uşaq ölüb

Fələstinli uşaq bazar ertəsi səhər İsrail döyüş təyyarələrinin iki gün əvvəl Deyr əl-Bəlahda ailəsinin evini bombalaması nəticəsində aldığı yaralardan ölüb.
Reportyor.az bu barədə xarici KİV-ə istinadla bildirir.
Bu uşağın ölümü ilə onun ailəsindən heç kim qalmayıb, ailəsi indi tamamilə yox olub və Fələstin vətəndaş reyestrindən silinib.
2023-cü il oktyabrın 7-dən İsrail işğalçı qüvvələri Qəzza zolağına təcavüzə başlayıb və nəticədə əksəriyyəti uşaq və qadınlardan ibarət 54.418 vətəndaş həlak olub, 124.190 nəfər isə yaralanıb.
Bu, ilkin məlumatdır, bir sıra qurbanlar hələ də dağıntılar altında və küçələrdə basdırılıb, təcili yardım və xilasetmə qrupları onlara çata bilmir.
KARUSEL / DÜNYA
Tarix: 2-06-2025, 14:02