Bakıda narkotik istixanası ifşa olunub

Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı bağ evində pomidor adı altında əkilən 2066 ədəd çətənə kolu və 485 qram marixuana aşkar edilib.
İstixanada damla-suvarma sistemi ilə narkotik bitkiləri yetişdirən 35 yaşlı Rəşad Həsənov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam edir.
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Dünən, 17:18