Ölkədə isti hava dalğası davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyulun 23-dək temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
Ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40 dərəcəyə yaxın, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 36-40, bəzi yerlərdə 41, dağlıq rayonlarda isə 33 dərəcəyədək isti olacağı gözlənilir.
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: Dünən, 17:46