mobil versiya

Səudiyyə Ərəbistanı telekommunikasiya sammitində qlobal rəqəmsal daxilolma yol xəritəsini təqdim edib





Səudiyyə Ərəbistanı Kral Əbdüləziz Beynəlxalq Konfrans Mərkəzində 2,6 milyard insanı əhatə edən rəqəmsal boşluğun aradan qaldırılması üçün 190-dan çox ölkəni bir araya toplayan Tənzimləyicilər üçün Qlobal Simpozium GSR-25-i başladıb.

Beynəlxalq Telekommunikasiya İttifaqı və Səudiyyə Ərəbistanının Rabitə, Kosmik və Texnologiya Komissiyası sentyabrın 3-dək sammitə ev sahibliyi edəcək.

Açılış mərasimində çıxış edən CST qubernatoru və GSR-25 sədri Haitham Al-Ohaly deyib: “Bu gün qarşıdakı 160 il üçün bəşəriyyətin gələcəyini formalaşdırmaq üçün qızıl fürsətimiz var. Buna görə də, biz İTU ilə bəşəriyyəti sərfəli süni intellekt dövrü həlləri vasitəsilə birləşdirmək üçün yeni yol xəritəsini elan edirik”.

Al-Ohaly, əldə edilən irəliləyişlərə baxmayaraq, 2,6 milyard insanın hələ də rəqəmsal dünyaya girişdən məhrum olduğunu ifadə edərək, qaydalardakı fərqləri və giriş xərclərini vurğulayıb.

Mərasimdə təqdim edilən Səudiyyə-İTU tədqiqatına istinad edərək, qubernator deyib ki, dünya yalnız bağlantı infrastrukturu üçün 1,7 trilyon dollar tələb edir - əvvəlki hesablamalar üçqatdır. Bütün rəqəmsal boşluqların aradan qaldırılması infrastruktur, bacarıqlar, əlverişlilik və tənzimləmə üzrə 2,8 trilyon dollara qədər vəsait tələb edir.

Reportyor.az




KARUSEL / İQTİSADİYYAT
Tarix: 2-09-2025, 17:11