mobil versiya

ABŞ: İranın uranın zənginləşdirilməsi proqramı ləğv edilməlidir




İranın uranın zənginləşdirilməsi proqramı tamamilə ləğv edilməlidir.

ABŞ-ın energetika naziri Kris Rayt bunu BMT-nin nüvə proqramı üzrə illik Baş Konfransında çıxışı zamanı deyib.

“Əgər bu, kifayət qədər aydın olmasaydı, mən ABŞ-ın İranla bağlı mövqeyini yenidən ifadə edəcəm. İranın bütün (uranın) zənginləşdirilməsi və (plutonium) təkrar emal imkanları daxil olmaqla, nüvə silahı yolu tamamilə ləğv edilməlidir."

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:42