mobil versiya

Formula 1-dən sonra Bakının əsas mərkəzi yolları açılıb



Son 9 ildə ilk dəfə olaraq, Formula 1 həftəsindən sonra cəmi 12 saat ərzində yol məhdudiyyətlərinin böyük hissəsi aradan qaldırılıb.

Bu barədə Bakı Şəhər Halqası məlumat yayıb.

Formula 1 Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra şəhərdə halqa infrastrukturu və “Azneft dairəsi”ndəki tribunalarda tam söküntü işləri aparılaraq, mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb. Söküntü işlərinin ilk gecəsində saat 06:00-dan etibarən Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissə istisna olmaqla, hərəkət tam bərpa edilib.
Qeyd edək ki, yarış həftəsində bağlı olan yolların əksər hissəsi, şəhərdə tıxacların azaldılması məqsədilə, müəyyən vaxt intervalında sürücülərin istifadəsinə açıq olub.

Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 09:47