mobil versiya

MƏNİ EŞİDİRSƏN, COVID-19?




Nədənsə mənə elə gəlir ki, COVID-19 şüurludur. Yayılma arealını, ölümlə hədələdiyi insanları seçə bilir. 

Münbit, amma ekoloji cəhətdən daha çox çirklənmiş yerlərə yayılır. Qocalar və xəstələri hədəfə alır.

Əlbəttə onun qocalar və xəstələri hədəfə almasını qeyri-humanist hesab etmək olar. Axı biz insanlar hətta müharibələrdə də qocalara, xəstələrə toxunmamaq haqqında konvensiyalar yaratmışıq. Bəli COVID-19 şüurludur, amma humanist deyil.

Məqsədi nədi? Bəlkə bəşəriyyəti saflaşdırmaq, cavanlaşdırmaq istəyir? Ehey, məni eşidirsən? Eşidirsənsə hədəflərini korrektə et. Qocalar, xəstələr bəşəriyyət üçün təhlükəli deyil. Yaxşı olardı ki, sən yaltaqları, ikiüzlüləri, yalançıları, xalq malın yeyib, xalqa yuxarıdan baxanları, rüşvətxorları, saxtakarları hədəfə al! Qocaları, xəstələri burax Allahın ixtiyarına... COVID-19, sənin yerinə olsaydım belə edərdim.


KARUSEL / YAZARLAR
Baxılıb: 254 Tarix: 27-03-2020, 20:02


Şərh bildir
yenilə, əgər kod görünmürsə