mobil versiya

Almaniya xarici işlər naziri Vaşinqtonda ABŞ xarici işlər naziri ilə görüşəcək





Almaniya xarici işlər naziri Yohan Vadeful bazar ertəsi günü Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio ilə görüşəcək.

Xarici işlər nazirliyinin Berlindəki sözçüsü bildirib ki, "Xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər".

Danışıqlarda həmçinin Ukraynaya davamlı dəstək və Ankarada keçiriləcək NATO sammitinə hazırlıq məsələləri də müzakirə olunacaq.

Vadeful daha sonra Paraqvay, Argentina və Braziliyaya səfər edəcək.


Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Dünən, 16:05