Ceyhun Bayramov Polşanın xarici işlər naziri Radoslav Şikorski ilə görüşüb

İyun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qdansk şəhərində Ukrayna Bərpa Konfransı çərçivəsində Polşa Baş nazirinin müavini, xarici işlər naziri Radoslav Şikorski ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Polşa arasında mövcud münasibətlərinin inkişaf dinamikası yüksək qiymətləndirilib, siyasi dialoqun intensiv xarakter daşımasının ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin ölkələr arasında etimada əsaslanan münasibətlərin möhkəmləndirilməsində xüsusi rol oynadığı qeyd edilib.
Nazirlər iki ölkə arasında hazırlanmaqda olan bir sıra sazişlər üzrə aparılan işləri nəzərdən keçiriblər.
İqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının təşviqinin vacibliyi vurğulanıb.
Görüş zamanı regionda post-münaqişə dövründə formalaşan vəziyyət və sülh quruculuğu prosesləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı Avropa təhlükəsizliyi, enerji dayanıqlığı, regional bağlantılar, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Reportyor.az
KARUSEL / SİYASƏT


























