Borcları ödənmədiyi üçün dəfninə icazə verilməyən hökmdar haqqında MARAQLI FAKTLAR ...
Osmanlının son padşahı İngiltərəyə niyə sığınmışdı?
Lozanada yarana biləcək ikililiyin qarşısını almaq üçün Türkiyə Böyük Millət Məclisi 1 noyabr 1922-ci ildə sultanlığı ləğv edib. Bundan sonra VI Mehmed Vahideddin adi bir vətəndaş olub.
Daha sonra İstanbul mətbuatı VI Mehmedə qarşı məqalələr yazmağa başlayıb. O, həyatının təhlükədə olduğunu görərək 5 gün sonra, 15 noyabrda İngiltərədən sığınacaq istəyib.
Vahidəddin sultan titulundan istifadə etmədən bunları yazıb:
17 noyabr 1922-ci il səhəri Vahideddinin Maltaya səfəri başlayır. Orada onu ingilis general-qubernator qarşılayır. Vahideddin krala təşəkkür edərək, xilafətdən imtina etmədiyini bildirir.
Burada Mehmed Vahideddinin hər cür rahatlığı nəzərə alınaraq onun üçün 8 otaqlı bir mənzil hazırlanır. Bu arada Ankara bu qaçışdan dərhal sonra Abdülmecid Əfəndini xəlifə seçir. Bu da Vahideddini qəzəbləndirir. Abdülmecid Əfəndi ilə Vahideddinin çəkişməsi davam edən sırada ingilislər Mehmedden qurtulmağın bir yolunu axtarırdılar. Çünki onun məsrəflərini qarşılaya bilmirdilər. Bu ərəfələrdə ingilislərin dəstəklədiyi Ərəbistan kralı Şerif Hüseyn Vahideddini Məkkəyə dəvət edir. Vahideddin bu dəvəti "Peyğəmbərin müjdəsi" kimi şərh edir və qəbul edir. Onun sözlərinə görə, İstanbulda qalaraq rəqiblərinin böhtanlarını təkzib edə bilmədiyi üçün türk torpaqlarından ayrılıb.
Vahideddin ingilislərdən 20 min funt sterlinqlik şəxsi sərvətini banklarda saxlamalarını xahiş edir və 1923-cü ilin yanvarında Ciddəyə yola düşür. Burada Kral Hüseyn tərəfindən qarşılanan Vahideddin daha sonra Məkkəyə gedib.
Vahideddin oradan Kiprə getmək istəsə də ingilislər buna mane olur. Londondan keçmiş sultana Taif şəhərinə gedə biləcəyini söylənilir.
Bu vaxt Hindistan müsəlmanları Vahideddini günahlandırır və Hicaz Kralı Hüseyni ilə birlikdə İngiltərə tərəfindən istifadə edildiklərini söyləyirlər. hindlilərə görə, köhnə Sultan fitnələrə səbəb olub. Bundan sonra VI. Mehmed Hicazda da özünü rahat hiss etmir.
Bunun ardından Fələstinə getmək istəyir. İngilislər buna da icazə vermirlər. İngilislər köhnə Sultanı səyahət xərclərini ödəməsi qarşılığında İsveçrəyə apara biləcəklərini deyirlər.
Vahideddin İskəndəriyyəyə getməyə qərar verir. İngilislər ona burada 3 gündən çox qala bilməyəcəyini deyir. Lozannada hələ də gərginlik davam edirdi və köhnə Sultan üçün bu anda orada olmaq əlverişsiz idi.
Beləliklə, Vahideddinin həyatının son dayanacağı 2 may 1923-cü ildə gəldiyi İtaliyanın San Remo şəhəri olur. İtaliyada onu qarşılayanların arasında kürəkəni Fərid Paşa da var idi.
Vahideddin İngiltərə, Fransa və ABŞ-a məktub yazaraq İslam ölkəsinə getmək istədiyini söyləsə də, bu, baş vermədi və keçmiş Sultan ailəsinin sürgün edildiyi, 3 Mart 1924-cü ilə qədər Villa Nobeldə tək yaşadı.
İtaliyaya gəldikdən sonra maddi sıxıntı yaşamağa başlayan keçmiş Sultan, Türkiyədən kənardakı əmlaklarını geri almaq üçün qanuni bir mübarizə başlatmaq istəyir.
İstanbuldan 20 min sterlinq ilə ayrılan, amma pulunu fırıldaqçı və qumarbazlara qapdıran Vahideddinin, satmaq istədiyi Sultan nişanını da saxta çıxır.
Sultan öldükdən sonra borclu olduqları təxminən 60 min lirəlik pullarını tələb edirlər. Nəticədə Manolya villasındakı bütün əşyalar və mərhum Sultanın tabutu villanın zirzəmisindəki otağa qoyularaq kilidlənir. İtalyanlar borc ödənilənədək cənazənin dəfn edilməsinə icazə vermirlər. Nəhayət, 1 ay sonra Nitsadakı qızı Sabiha Sultan sırğalarını sataraq borcları ödəyir və cənazənin Dəməşqdəki Sultan Səlim məscidində dəfn olunmasına qərar verilir (3 iyul 1926).
Turan Oruc
Musavat.com
MANŞET / MARAQLI / KARUSEL
Tarix: 11-07-2021, 13:49