BMT: 3 milyon Sudanlı uşaq kəskin qida çatışmazlığı ilə üzləşib
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatına görə, müharibədən əziyyət çəkən Sudanda bu il beş yaşından kiçik 3,2 milyon uşağın kəskin qida çatışmazlığı ilə üzləşəcəyi gözlənilir.
Reportyor.az xəbər verir ki, bunu UNICEF-in Sudanın Təbliğat və Kommunikasiya şöbəsinin rəhbəri Eva Hinds deyib.
Bildirib ki, bu rəqəmdən təxminən 772,000 uşağın kəskin qida çatışmazlığından əziyyət çəkəcəyi gözlənilir. Ötən ay BMT-nin dəstəklədiyi qiymətləndirməyə görə, artıq ölkənin bəzi yerlərində aclıq hökm sürür.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:56